Tribuna İnformasiya Agentliyi

Əsədə bağlı qüvvələr ABŞ ordusuna hücum etdi: 15 ölü, 26 yaralı

07 Aprel

Əsəd rejiminin dəstəklədiyi Xalq Müqaviməti Təşkilatı ABŞ əsgərlərinə hücum edib.

Axar.az xəbər verir ki, “Pravdareport.com” hücumun martın 30-da gerçəkləşdiyini yazıb. Təşkilat üzvlərinin ABŞ-a məxsus avtomobillərdən birini vurduğu və nəticədə altı ABŞ əsgərinin öldüyü vurğulanıb.

Hücum zamanı 8 amerikalı hərbçi də yaralanıb.

“Wargonzo” adlanan Teleqram kanalında isə təşkilatın eyni gün ABŞ hərbçilərinə başqa istiqamətdə də hücum həyata keçirdiyi bildirilib. Bu dəfə amerikalı hərbçilərə Fəratın şərqində Menbiçdən Rakkaya gedən yolda hücum edilib. Nəticədə iki əsgər ölüb, 8-i isə yaralanıb.

Başqa bir hücum isə Şəddadi bölgəsində olub. Yardım məqsədiylə gəldikləri bildirilən dörd nəfər amerikalıların yaşadıqları evlərə qumbara atıb. İnsident zamanı 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

ABŞ Müdafiə Nazirliyi hələlik yayılan xəbərlərlə bağlı heç bir açıqlama verməyib.