Tribuna İnformasiya Agentliyi

Ərdoğanla Merkel razılığa gəldilər

15 Avqust

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Angela Merkellə telefon danışığı olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, tərəflər başda Suriya məsələsi olmaqla regional mövzuları müzakirə ediblər. Həmçinin, hər iki ölkə liderinin sentyabr ayında Berlində görüşəcəyinə dair razılıq əldə edilib. Merkel söhbət zamanı Türkiyə iqtisadiyyatının güclü olmasının Almaniya üçün əlverişli olduğunu bir daha vurğulayıb.

Ərdoğan və Merkel hər iki ölkənin maliyyə nazirlərinin yaxın günlərdə görüşməsi barədə də razılığa gəliblər.