Tribuna İnformasiya Agentliyi

Ərdoğanın seçkinin taleyini həll edən qərarı…

26 İyun

Türkiyədə seçki bir fəlsəfəni də ortaya qoydu ki, siyasətçilər araşdırmalarla, rəy sorğuları ilə işləməyi bacarmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyədəki 24 iyun seçkilərinin nəticələrini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçinin sözlərinə görə, Türkiyədə seçki nəticələri göstərdi ki, sosial media ilə real həyat fərqlidir:
“Türkiyədə seçki bir fəlsəfəni də ortaya qoydu ki, siyasətçilər araşdırmalarla, rəy sorğuları ilə işləməyi bacarmalıdır. Məsələn, seçki sonrası bəlli oldu ki, Rəcəb Təyyib Ərdoğanın Dövlət Baxçalı ilə ikili ittifaq formalaşdırması strateji baxımdan doğru və vacib addım idi. Bu olmasaydı, Ərdoğanın birinci turda prezident seçilməsi şansı azala bilərdi. Ancaq Ərdoğan bu qərarı qəfil verməyib, onun müşavirləri siyasi analitiklərə araşdırmalar və rəy sorğuları sifariş verib və nəticələri analiz ediblər. Yekun qərar bu nəticələr əsasında verilib. Dövlət Baxçalının rəhbəri olduğu MHP də araşdırmalar aparıb və bu qənaətə gəlib ki, partiya üçün ən düzgün yol AKP ilə ittifaqdır”.

Qeyd edək ki, 24 iyunda Türkiyədə prezident və parlament seçkiləri baş tutub. Prezident seçkisində Rəcəb Tayyib Ərdoğan 52,5% səslə qalib gəlib.