Tribuna İnformasiya Agentliyi

“Ərdoğanın qazandığını qəbul edirəm“

25 İyun

Türkiyədə keçirilən seçkilərdə fəal təbliğat aparan CHP-nin prezidentliyə namizədi Muharrem İncə az əvvəl bəyanat verib

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, o, məğlubiyyətini etiraf edib: “Ərdoğanın qazandığını qəbul edirəm”.
CHP sədrinin müavini Bülent Tezcan da Ərdoğanın “Balkon” çıxışından sonra açıqlama verib.
O, tərəfdarlarına səslənərək, onlardan hər hansı bir təxribata meyllənməmələrini istəyib: “Nəticələr nə olursa olsun, biz yenə də demokratik mübarizəmizə davam edəcəyik. Seçkidə səlahiyyət verilmiş qardaşlarımız vəzifələri bitənə qədər işlərinə davam edəcəklər”.