Tribuna İnformasiya Agentliyi

Ərdoğanın prezidentliyə namizədliyinin irəli sürüləcəyi tarix açıqlanıb

30 Aprel

Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezidentliyinə namizədliyi mayın 3-də elan olunacaq.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının mayın 3-də keçiriləcək toplantısında bu məsələyə dair qərar açıqlanacaq.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.