Tribuna İnformasiya Agentliyi

Ərdoğanı təhqir edən sənətçiyə 11 ay həbs cəzası verildi

12 İyul

Müğənni-aktrisa Zuhal Olcaya 11 ay 20 gün həbs cəzası verilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb sənətçinin 2016-cı il avqustun 5-də konsertində prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməsidir.

Olcay mahnı ifa edərkən sözləri Ərdoğana həsr edərək əli ilə təhqiramiz hərəkət göstərib. Tamaşaçılardan birinin iddiası üzrə məhkəməyə verilən Zuhalın 1 il 2 aydan 2 il 8 ayadək cəzalandırılması istənilib. Məkandakı kameralara baxdıqda müğənninin, həqiqətən, Ərdoğanı təhqir etdiyi sübuta yetirilib.

Olcay məsələ ilə bağlı “Səhvən etdiyim hərəkət idi. Təhqir məqsədilə etməmişdim. Cəza veriləcəksə, pula çevrilməsini tələb edirəm” deyib.

Əvvəlcə Zuhal Olcaya “Prezidenti qəsdən təhqiretmə” maddəsi ilə 1 il 2 ay həbs cəzası verilib. Məhkəmə sənətçinin keçmişini, yaşını və davranışlarını nəzərə alaraq cəzanı 11 ay 20 günə endirib.

Cəzanın təxirə salınmasına və 1 il 6 ay müddətinə icra qüvvəsi olmasına qərar verilib.