Tribuna İnformasiya Agentliyi

Ərdoğan: “Türkiyə qoşunları Suriyanı əməliyyat bitəndən sonra tərk edəcək”

16 Oktyabr
“Türkiyə qoşunları Suriyanı əməliyyat bitəndən sonra tərk edəcək”.
TİA.AZ xəbər verir ki, Rusiya prezidentinin Suriyadakı vəziyyətin nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin sözlərinə görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Terrorçu qruplaşmalarla mübarizə məqsədi daşıyan “Barış Pınarı” əməliyyatı müvafiq vəzifə yerinə yetiriləndən sonra yekunlaşacaq.
Qoşunların Fəratın şərqini tərk etməsi ilə bağlı tarix açıqlanmayıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və R.T.Ərdoğan telefonla danışıb. Yaxın dövrlərdə R.T.Ərdoğanın Rusiya səfəri gözlənilir.