Tribuna İnformasiya Agentliyi

Ərdoğan: “Türkiyə bütün dünyaya demokratiya dərsi verdi”

25 İyun
Türkiyə bütün dünyaya demokratiya dərsi verdi.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Cumhur İttifakı” adlanan blokun tərəfdaşları qarşısında çıxış edərkən deyib.
Ərdoğan qeyd edib ki, 90 faizlik seçici fəallığı çox vacib amildir:
“Türkiyə xalqı öz demokratik hüququndan istifadə edərək, səsvermədə iştirak etdi. Artıq bütün siyası polemikaları kənarda qoymaq və Türkiyə xalqının rifahı naminə birgə fəaliyyət göstərmək vaxtı gəldi”.
Ərdoğan həmçinin bildirib ki, ölkədə bütün sahələrdə islahatlar davam etdiriləcək.(oxu.az)