Tribuna İnformasiya Agentliyi

Ərdoğan Azərbaycana səfərə yola düşüb

14 Oktyabr
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
TİA.AZ  xəbər verir ki, dövlət başçısı Bakıya doğru yola çıxmamışdan əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib, səfərlə bağlı sualları cavablandırıb.
R.T.Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək. Türkiyə prezidenti təşkilata üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.
R.T.Ərdoğanın səfəri oktyabrın 15-də başa çatacaq.