Tribuna İnformasiya Agentliyi

Ərdoğan Antarktikada baza yaratmaq istəyir

18 İyun

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Ankaranın Antarktikada elmi baza yaratmağı planlaşdırdığını bəyan edib.

Oxu.Az xəbər verir ki, bu haqda Ərdoğan öz “Twitter” hesabında məlumat yayıb.

Onun sözlərinə görə bu layihənin 2019-cu ildə gerçəkləşdiriləcəyi nəzərdə tutulub. Ərdoğan bildirib ki, həmin elmi bazanın hesabına Türkiyə cənub qütbündə stansiyaları olan dövlətlərin sırasına düşəcək.

Türkiyə lideri layihənin təfərrüatına varmayıb. Türkiyə Antarktika haqqında 1959-cu ildə bağlanmış beynəlxalq sazişin iştirakçılarındandır. Həmin sənədə görə, cənub qütbündə yalnız elmi fəaliyyətə icazə verilir.

Bu sazişə 50-dən çox ölkə üzvdür. Hazırda Antarktikada 20 ölkədən olan 90-a yaxın daimi və mövsümi stansiya fəaliyyət göstərir.