Tribuna İnformasiya Agentliyi

Ərdoğan Əli Babacanı itirdi

08 İyul
Türkiyənin sabiq XİN başçısı, millət vəkili, ölkənin iqtisadi məsələlər üzrə məsul şəxsi Əli Babacan hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.
TİA.AZ Habertürk-ə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın yaxın tərəfdaşlarından biri olan Ə.Babacanın bu addımı fikir ayrılığı ilə əsaslandırılır.
Siyasətçi ölkənin yeni başlanğıca ehtiyacı olduğunu vurğulayıb. Onun sabiq prezident Abdulla Güllə yeni partiya yaradacağı gözlənilir.