Tribuna İnformasiya Agentliyi

Ən yaşlı nasist dünyasını dəyişdi

13 Mart

İkinci dünya müharibəsi zamanı yəhudi düşərgəsində xidmət edən v 4 il həbsə məhkum edilən SS zabiti Oskar Qröninq dünyasını dəyişib.
“Ölkə.Az” xəbər verir ki, Oskar 2015-ci ildə, 93 yaşı olanda 4 il müddətinə azadlıqdan məhrum edilib. Amma vəziyyəti pis olduğu üçün həbsxanaya göndərilməyib. Qröninq bir neçə gün əvvəl müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qröninq ikinci dünya müharibəsində nasistlərin işğal etdiyi Polşada 300 min yəhudinin öldürüldüyü düşərgədə xidmət edib. O, əsirlərin pul və dəyərli əşyalarını qeydiyyata alıb. Pul və əşyaları əlindən alınan əsirlər məcburən işlədilir və ya öldürülürdü.
Qröninq hakim qarşısına çıxanda qətliamlara şahidlik etdiyini amma bu qətliamlarda iştirak etmədiyini bildirib.