Tribuna İnformasiya Agentliyi

Ən sarsaq ixtiralar və mənasız araşdırmalar seçildi – FOTO

14 Sentyabr

Dünyann ən məşhur elm və təhsil ocaqlarından olan Harvard Universitetində “The 28th First Annual Ig Nobel Prize Ceremony & Lectures” mərasimi keçirilib.

Milli.Az bildirir ki, Massaçusets ştatındakı Kembric şəhərində, Sanders Teatrında (Sanders Theater) təşkil olunmuş mərasimdə ən sarsaq ixtiralar və mənasız araşdırmalar üçün nəzərdə tutulmuş “İg Nobel” (“Yekəburun Nobel”) mükafatları verilib.

Mükafatlar “hər biri insanları əvvəlcə gülməyə, sonra da düşünməyə vadar edən” 10 araşdırma və ixtiraya verilib.

İqtisadiyyat sahəsində mükafat Kanada, Çin, Sinqapur və ABŞ-da olan alimlər qrupuna verilib. Onlar insanların iş yerində ədalətsizliyi necə dəf edə biləcəklərini araşdıraraq nəticəni “The Leadership Quarterly” sosial elmlər jurnalında dərc ediblər.

“Yanlış olan hüquq” adlı araşdırma aparan bu alimlərin fikricə, iş yerində müdirin vudu kuklasını hazırlayıb onu iynələməklə ədalətsizliyi aradan qaldırmaq olar.

Mükafat sözügedən qrupun rəhbəri Duqlas Brauna təqdim olunub.