Tribuna İnformasiya Agentliyi

Ən pis işləri görən və adam yerinə qoyulmayan tayfa -FOTOLAR

08 Dekabr
Hindistanda yaşayan datilər tayfası statistikada ən sonuncu yeri alan insan təbəqəsidir. Əhali sayısı iki yüz milyonu ötən datilər ən pis işləri görürlər. Bura tualetləri təmizləmək, ölənləri dəfn etmək, heyvanlara baxmaq və qısacası hindlilərin iyrəndikləri bütün işlər daxildir. Onlar toxunulmayacaq qədər pis sayılırlar və hətta insan sinifinə aid edilmirlər.
Uşaqları təhsil almırlar, başqa tayfadan biriylə evlənmirlər. Gündüz vaxtı isə onlara nadir hallarda rast gəlmək olur. Onlar əsasən gecələr işləyirlər. İstədikləri quyudan su içməzlər, istədikləri yerdə ibadət etmirlər. Adətən təmizlik, bərbərlik, balıqçılıq, çöpçülük edirlər.
Bütün bunlar zaman-zaman tayfa üzvlərinin qətliamına da səbəb olub. Kodiyankulam, qundupatti və tirunelveli qətliamlarından sonra 2006-cı ildə bir ailənin dörd üzvü kəndin ortasında döyülərək öldürülüb. Polis və hökumətə tabe olan media qurumları bunları gizləməyə çalışsa da, baş verən hadisələr mediaya yol tapa bilib. Zaman-zaman datilər qətliamlara görə etriaz aksiyaları da keçiriblər.