Tribuna İnformasiya Agentliyi

“Ən böyük arzusu övladlarının toyunu görmək idi…” – Aqil Abbas Fuad Poladov haqqında…

05 May
Bu gün Azərbaycan mədəniyyətinə çox ağır itki üz verdi. Bir müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Fuad Poladov dünyasını dəyişdi.
Sənətkarın yaxın dostu, millət vəkili, yazıçı Aqil Abbas Moderator.az-a açıqlamasında Fuad Poladovun hər zaman ürəklərdə yaşayacağını bildirib:
“Fuad Poladovun yoxluğu mədəniyyətimiz və xalqımız üçün çox böyük itkidir. Dostluq münasibətlərimiz var idi. “Dolu” filmi çəkiləndə də çox vaxt bir yerdə olurduq. O, həm də böyük şəxsiyyət idi. Əvəzolunmaz insan yoxdur, amma Fuad Poladov əvəzolunmazdır. Onun ən böyük arzusu övladlarının toyunu görmək idi, amma təəssüflər olsun ki, qismət olmadı. Amma bir şey var ki, şairlər, yazıçılar, memarlar və aktyorlar ölmürlər. Nə qədər Azərbaycan xalqı var, Fuad Poladov yaşayır və bundan sonra da yaşayacaq”.