Tribuna İnformasiya Agentliyi

Əmlakın qiymətləndirilməsi sahəsində yeni şirkət fəaliyyətə başladı- “VECON” MMC

13 Fevral

Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi istiqamətində fəaliyyət göstərən şirkətlər sırasına yeni bir qurum- “VECON” Məhdud Məsuliyyətli Cəmiyyəti də qoşulub. Yeni yaradılmış şirkətin rəhbəri uzun müddət “Koneko Group” MMC-nin diektoru və baş qiymətləndiricisi olmuş Vüqar Orucdur. Vüqar Oruc eyni zamanda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, İdarə Heyətinin üzvü, AQC Ekspertiza Mərkəzinin rəhbəridir. İki nüfuzlu sorğu qurumu (SMM və DAYİB) 2018-ci ilin yekunlarına görə Vüqar Orucu “ilin qiymətləndiricisi” və “ilin əmlak eksperti” nominasiyaları üzrə mükafata layiq görüb. Qeyri-yaşayış və yaşayış təyinatlı obyektlərin, maşın və avadanlıqların qiymətləndirilməsi sahəsində European Certification İnstitute, СОО Евразии və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən sertifikatlaşmış qiymətləndirici olan Vüqar Orucla yanaşı müxtəlif sahələr üzrə yerli və beynəlxalq sertifikatlara malik olan və 10 ilə yaxın “Koneko Group” şirkətində qiymətləndirici mütəxəssis vəzifələrində çalışan Tural Bağırov, Kəmalə İsmayılova, Nigar Kərimli və müstəqil qiymətləndirici-hüquqşunas Xaqani Eminov də təmsil olunur. Bundan əlavə başqa şirkətlərdə çalışan və fərdi qiymətləndirici kimi fəaliyyət göstərən mütəxəssislər də yeni qurumda çalışır.

“VECON” MMC fəaliyyətinə Qiymətləndirmə şirkəti yeni fəaliyyətə başlasa da mütəxəssisləri ölkənin tanınmış və öz tarixi olan qiymətləndirmə şirkətlərində uzun  müddət əsas aparıcı mövqelərdə çalışmışlar.  Sözügedən şirkətin əməkdaşları tərəfindən Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilmişdir. Ölkənin aparıcı bankları və şirkətləri ilə əməkdaşlıq təcrübəsi olan mütəxəssislərin birləşdiyi yeni Şirkət eyni zamanda  ölkədə baş verən iqtisadi proseslər və həmin proseslərin əmlak bazarı ilə qarşılıqlı təsiri, bazarın geniş və hərtərəfli təhlili ilə də məşğul olmağı məqsəd kimi qarşısına qoyub. Yaxın müddət ərzində “VECON” MMC-nin vecon.az saytı hazırlanaraq geniş ictimaiyyətə təqdim olunacaq.

TİA.AZ