Tribuna İnformasiya Agentliyi

Əməkdar artist Vasif Talıbovu təbrik etdi, minnətdarlıq etdi – FOTOLAR,VİDEO

14 Yanvar

Film-klipimizin, yəni, “Kor Ərəbin mahnısı”nın Naxcıvanda çəkilən hissələri artıq başa çatdı. Buna, yəni, çəkiliş truppama göstərdikləri böyük diqqət və qaygıya görə, başda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri  Vasif müəllim Talibov olmaqla, bütün zəhməti keçən dəyərli insanlara öz adımdan böyük təşəkkürümü və minnətdarlığımı bildiririrəm.

Bunu Etikxeber.az-a açıqlamasında tanınmış və sevilən müğənni, Əməkdar artist Aybəniz Haşımova deyib.

“Eyni zamanda, dəyərli  Vasif müəllimi növbəti dogum günü münasibəti ilə ürəkdən təbrik edir,ona uzun ömür,can sağlığı arzu edirəm!”-deyə, Əməkdar artist sözlərinə əlavə edib.

Qeyd edək ki, 1960-cı ildə anadan olan V. Talıbovun dünən 59 yaşı tamam olub.