Əməkdar artist 6 mərtəbəli villa tikdirirbackend
Əməkdar artist Elnarə Abdullayeva 6 mərtəbəli villa tikdirir.
TİA.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı Zaur Kamal “5/5” verilişində deyib.
“Deyir, elə bir ev tikdiririəm ki, bu başdan o başa bir-birimizi eşitməyəcəyik. Evdə üç-dörd qulluqcu işləyəcək. Şou-biznesdə heç kimin belə evi yoxdur. Nə vaxt bitəcək?” – deyə aparıcı soruşub.
Elnarə isə hələ evinin yarımçıq olduğunu söyləyib:
“Bir az pul yığıb pəncərə, bir az pul yığıb darvaza alırıq. Evim hazırda nə gündədir, təmir gedir. Bitəndən sonra göstərəcəm. Xalqım pul verib, toya aparacaq, mən də tikdirib, bitirəcəyəm”.