Tribuna İnformasiya Agentliyi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin 8 müşaviri olacaq

11 May

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirləri postları yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN)  verilən məlumata görə, bununla bağlı yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Belə ki, nazirin 8 müşaviri olacaq. Artıq bu yerlərin əksəriyyətinə təyinatlar olub. Məlumata görə, nazirin müşaviri vəzifəsinə təyin edilən şəxslər əvvəllər İqtisadiyyat Nazirliyində işləyiblər. Beləliklə, yeni nazirin 4 müavini ilə yanaşı, 8 müaşviri olacaq.

Qeyd edək ki, əvvəllər əmək və əhalinin sosial müdafiəsi nazirinin cəmi bir müşaviri olub.