Əli Cəfərovun 70 saylı Masallı şəhər dairəsindən namizədliyi irəli sürüldübackend

Millət vəkilliyinə namizədin seçki qərargahı fəaliyyətə başladı

Parlament seçkilərinin start götürməsi respublikamızın seçki dairələrində canlanmaya səbəb olub. Artıq namizədlərin irəli sürülməsi prosesinə başlanılıb.

Redaksiyamıza daxil olan ilk məlumat Masallı şəhər 70 saylı seçki dairəsindən irəli sürülən namizədlə bağlı oldu. Millət vəkilliyinə adıçəkilən namizəd Demokratik İslahatlar Partiyasının funksioneri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Qurban oğlu Cəfərovdur.

Aldığımız məlumata görə seçkilərə start verildiyi gündən Əli Cəfərovun Masallı rayonunda seçki qərargahı fəaliyyətə başlayıb. Qərargahın sədri ,qrabağ qazisi Şahin Ağayevin bildirdiyinə görə, dairənin əhatə etdiyi bütün kəndlər və rayon mərkəzi üzrə namizədin  SQ yaradılmasına  başlanılıb. Hazırda paralel olaraq imzatolama kampaniyasına başlanılması geniş müzakirə mövzusudur.

Söhbətimiz zamanı Ş.Ağayev onu da söylədi ki, millət vəkilliyinə namizədliyini irəli sürdükləri Əli Cəfərov rayonun bütün kəndlərində kifayət qədər tanınmış namizəddir. Rayonda onu kənd əhalisi və sahibkarlarının hüquqlarının müdafiəçisi, hüquqi dövlət quruculuğu yolunda ən mübariz insanlardan biri kimi tanıyır və  Azərbaycan dövlətçiliyi istiqamətində yorulmaz ölkə vətəndaşı qismində səciyyələndirirlər. Ona görə də qərargah üzvləri müdafiə etdikləri namizədin imzatoplama kampaniyasının çox sürətlə və müvəffəqiyyətlə başa çatacağına inanırlar. Tezliklə Əli Cəfərovun yerli əhali – seçicilərlə kəndbəkənd görüşlərinin qrafiki elan olunacaq və millət vəkilliyinə namizəd hər kəsin problemləri ilə də yaxından tanış olacaqdır.

TİA.AZ