Tribuna İnformasiya Agentliyi

Əli Cəfərov: “20 Yanvar qəhrəmanlıq salnaməsidir”-FOTO

11 May

Demokratiyanın və Milli Dəyərlərin İctimai Birliyinin üçünçü təlimində bu mövzuda danışıldı

TİA.AZ xəbər verir ki,Demokratiyanın və Milli Dəyərlərin Təbliği İçtimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə başladığı layihə çərçivəsində Bakı şəhəri 64 saylı tam orta məktəbdə “Məktəblərdə şagirdlər arasında vətənpərvərlik hissinin aşılanması istiqamətində sinifdənxaric fəaliyyətin təşkili” mövzusunda bu gün növbəti təlimini reallaşdırdı.

Təlim Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlandı. Söz layıhənin rəhbəri, İctimai Birliyin sədri Əli Cəfərova verildi. Layihə rəhbəri bir daha layihənin məqsəd və vəzifələri haqqında şagirdlərə qısa məlumat verərək bildirdi ki, yasadığımız dövrdə yeniyetmələr arasında sağlam həyat tərzi keçirməyən, təhsildən, eləcə də milli-mənəvi dəyərlərimizdən uzaq düşən kifayət qədər gənclərimiz vardır. Bunun nəticəsidir ki, yetişməkdə olan gənc nəsil arasında vətən sevgisinə münasibət çox aşağı səviyyədədir. Onlar Milli Qəhrəmanlarımız, eləcə də 20 Yanvar Şəhidlərimiz haqqında çox səthi biliklərə malikdirlər: “Bir daha bildirirəm ki, bizim layihəmizin əsas mahiyyəti gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, bu imkandan yararlanıb onlara milli ruh – Vətən, 20 Yanvar, Qarabağ şəhidləri, Qarabağ müharibəsi haqqında müfəssəl bilgilər verməkdən ibarətdir. Layihə vətənpərvərlik tərbiyəsinin bütün detallarının geniş ictimaiyyətə təbliğ olunmasından və bu təbliğata maneçilik törədən qeyri-təbii amillərin aradan qaldırılmasından bəhs edir”.

Daha sonra layıhə rəhbəri bildirdi ki, növbəti təlimlərdə Səhidlər Xiyabanına gedib şəhidlərimizin məzarı önündə tədbirimizi davam etdirəcəyik. Onu da bildirdi ki, təlim proqramına uyğun olaraq bu günki təlimə 20 Yanvar zamanı hadisələrinin  qəhrəmanları məktəblilərlə görüsə gəlib: “Bir haha bildirirəm ki, Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının və xalqımızın suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır”.

Sonra söz 20 Yanvar gecəsi rus hərbi birləsmələrinə qarsı heç nədən qorxmadan mübarizə aparmış Gülağa müəllimə verildi. O 19 yanvar gecəsi Koroğlu metrosu yanında o vaxtkı SSRİ hərbi birləşmələrinin dinc əhaliyə necə divan tutmasından danışdı. Daha sonra 20 Yanvar İçtimai Birliyinin Xətai r-n söbəsinin sədri Şakir bəy faciə barədə ətraflı danışdı. O da öz növbəsində həmin an indiki 20 yanvar metrosu yanında  sovet hərbi birləşmələrinin dinc əhaliyə necə divan tutmasından danışdı. Çıxışdan sonra sagirdlərdən Əmrah, Pəri, Ceyhun müzakirə olunan məsələlərə münasibət bildirdilər.

Müzakirələrin sonunda Əli Cəfərov bildirdi ki, Qarabağ müasir dövrün qəhrəmanlıq salnaməsidir. Bu mövzuda təlimlərin, tədbirlərin orta məktəblərdə təbliği uşaqlarda Vətənə, ətraf mühitə, ailəyə, cəmiyyətə sevgi hisslərini aşılayır, bununla yanaşı onların şəxsiyyət kimi formalaşmasında xüsusi rol oynayır.