Tribuna İnformasiya Agentliyi

Əfv Məsələləri Komissiyası bu gün yenidən toplaşır

01 May

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 500-dən artıq müraciətə baxıb.

Ümumilikdə isə komissiyaya 1000-ə yaxın müraciət daxil olub.