Tribuna İnformasiya Agentliyi

Əfv istəyənlər hansı cinayətləri törədiblər… – AÇIQLAMA

07 Aprel

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları davam etməkdədir. Novruz bayram;ndan sonra komissiyanın bir neçə iclası keçirilib və 100-lərlə müraciətə baxılıb. Komissiyasının katibliyi, Əfv Məsələləri üzrə sektor hər gün fasiləsiz olaraq işləyir”.

Bunu Modern.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

O bildirib ki, komissiyaya müxtəlif cinayət törətmiş şəxslər barəsində müraciətlər daxil olub.

“Bunlar demək olar ki, Cinayət Məcəlləsinin əksər maddələri – şəxsiyyət, mülkiyyət, idarəçilik əleyhinə, nəqliyyat, iqtisadi fəaliyyətlə bağlıdır”.

Komissiya üzvü bildirib ki, ömürlük azadlıqdan məhrum edənlərlə də bağlı müraciətlər daxil olur.

“Müraciətlərə baxılır. Bu proses hələ başa çatmayıb . Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunmaları üçün məhkumların siyahısı Prezidentə təqdim olunacaq. Ölkə başçısı tərəfindən kimin əfv olunması dəqiqləşdiriləcək. Bu məsələ dövlət başçısının müstəsna səlahiyyətlərinə aiddir . Eyni zamanda, əfv sərəncamının verilməsi də cənab prezidentin səlahiyyətinə aiddir”.

Qeyd edək ki, Əfv sərəncamının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir.