Tribuna İnformasiya Agentliyi

Əfqanıstanda hərbi hissəyə basqın: 15 əsgər öldürüldü

13 İyul

Taliban qruplaşması Əfqanıstanda hökumət qüvvələrinə məxsus nizami hərbi hissəyə basqın həyata keçirib

Lent.az haber7.com-a istinadla bildirir ki, basqın nəticəsində 15 hərbçi həyatını itirib. 13 əsgər yaralanıb. Ölü sayının artacağı istisna edilmir. Məlumatı Əfqanıstanın 9-cu ordu komandanı general Rezai də təsdiqləyib.
Hadisə şahidləri isə rəsmi məlumatlarda ölənlərin sayının gizlədildiyini, əslində 30-dan çox əsgərin öldürüldüyünü deyiblər. Taliban tərəfi məsuliyyətini üzərinə götürdüyü basqında hökümət qüvvələrinin 72 hərbçi itirdiyini bəyan edib.