Tribuna İnformasiya Agentliyi

Əfqanıstan hökuməti “Taliban”la sülh bağladı

07 İyun

Əfqanıstanın prezidenti Əşrəf Qəni öz “Twitter” səhifəsində “Taliban” radikal hərəkatı ilə müvəqqəti sülh bağladıqlarını elan edib.

Oxu.Az xəbər verir ki, onun sözlərinə görə, atəşkəs Ramazan ayının 27-ci günündə qüvvəyə minəcək və iyunun 19-a kimi davam edəcək.

Əfqanıstan lideri bildirib ki, bu barışıq Talibanın zorakılıq kampaniyasına birdəfəlik son qoyması üçün ən yaxşı fürsətdir.

“Onlar zorakılıq kampaniyası ilə ürəkləri və ağılları zəbt edə bilməzlər, onlar öz ideyaları ilə özlərini əfqan xalqından daha da uzaqlaşdırırlar, bunu artıq anlamalıdırlar”, -deyə Qəni qeyd edib.