Tribuna İnformasiya Agentliyi

ƏBÜLFƏZ ELÇİBƏY-80 YAZI MÜSABİQƏSİ

15 May

TİA.AZ xəbər verir ki, “Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi  Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibəti ilə “ELÇİBƏY-80” yazı müsabiqəsi elan edir. Müsabiqədə  istənilən şəxs iştirak edə bilər.
Müsabiqəyə yazılar 12 min işarədən artıq olmamaq və indiyə qədər heç bir yerdə çap edilməmək şərti ilə təqdim edilməlidir. Elektron portallarda, saytlarda və ya qəzetdə sonluğunda “Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir” qeydi ilə birlikdə çap edilmiş  və ya sayta yerləşdirilmiş yazılar daha sonra münsiflər heyətinə təqdim edilməli və ya elchibey80@gmail.com elektron ünvanına göndərilməlidir. Müsabiqə 15 iyun 2018-ci ildə başa çatır. Mükafatlandırılma  mərasimi 20 iyun 2018-ci il tarixə nəzərdə tutulur.
Müsabiqə üçün nəzərdə tutulmuş mükafat fondu:
1 1-ci yer üçün   1 500 manat
1  2-ci yer üçün  1 000 manat
1  3-cü yer üçün 5 00 manat
10 həvəsləndirici yer üçün hərəyə 100 manat

Yazı Müsabiqəsinin münsiflər heyəti:
1. Ədalət Tahirzadə
2. Sabir Rüstəmxanlı
3. Ramiz Rövşən
4. Rüstəm Behrudi
5. Mehriban Vəzir
6. Qulu Məhərrəmli
7. Rauf Arifoğlu
8. Mehman Əliyev
9. Əvəz Zeynallı
10. Cavid İsmayıl
11.Çingiz Özgür

Əlaqa telefonları:  070-342-13-50; 050-320-49-27

TİA.AZ