access_time Dərc olunub: 17:48
ŞƏRQ QADINI...

Şərq qadını…


İndiki dövrdə ərə getməyə tələsəndir. Təhsil almaq yerinə, işləmək əvəzinə, ər axtarandır.


Şərq qadını ərə gedənədək özünə fikir verəndir…

Şərq qadını uşaq doğmaq üçün ərə gedəndir…

Şərq qadını başqa qadına həsəd aparan, onu özünə rəqib bilən, edən, paxıllayandır.

Şərq qadını başqalarını öz uğursuzluq və bədbəxtliyinə görə günahkar biləndir.

Şərq qadını sevərkən, əvəzini, qarşılığını gözləyəndir. Qarşılığını almayanda dağıdıcı qüvvədir.

Şərq qadını təhqir edilməyi, dözməyi, alçaldılmağı, söyülməyi, öldürülməyi və hər şeydə günahkar bilinməyi adi qəbul edən və bununla barışandır.

Şərq qadını öz kişisini öz yanında saxlaya bilməyən, kompleksli biridir.

Şərq qadını başqasının kişisinə tamah salandır.


Şərq qadını bəzən kişini pulla alandır.

Şərq qadını idarə edilən kölədir.

Şərq qadını anadır, sonra qısqanc və paxıl qaynanadır.

Şərq qadını sözcül və qeybətcil baldız və gəlindir.

Şərq qadını erkən yaşda ailə quran, ana olan və sonra peşman olub boşanandır.

Şərq qadını azadlığı azad seks və tez-tez tərəfdaşını dəyişməkdəgörəndir.

Şərq qadını bakirəliyini itirdikdə, cəmiyyətin mental dəyərlərinin tələblərinəgörə onu cərrahiyyə əməliyyatı ilə bərpa etdirib, sudan quru çıxandır.

Şərq qadını təbii gözəl olsa da, plastik əməliyyatla özünü gözəlləşdirmək yerinə, eybəcər hala salandır.

Şərq qadını digər boşanmış və ya dul qalmış, zorlanmış qadına əxlaqsız kimi yanaşandır.

Şərq qadını işləyib pul qazanan qadına şər atandır.

Şərq qadını qız övladının anası olub, onu əzik və zəif böyüdəndir.


Şərq qadını dünyanın bütün günah, səhv və problemlərinin səbəbkarıdır.

Şərq qadını nə istədiyini bilməyəndir.

Şərq qadını özü üçün deyil, başqaları üçün yaşayandır.

Şərq qadını sağlam düşüncəsiz və qida qəbul etməyi bacarmayandır.

Şərq qadını seks ünsiyyətində qapalı insandır, ərinə fahişə ola bilməyəndir.

Şərq qadını evi təmiz saxlayan və ailə üzvlərinə yemək bişirən, evdar qadınlıq rolundan kənara çıxa bilməyəndir.

Şərq qadını hər nə desən, odur, qadın deyil…

Şərq qadını özünü insan hesab etməyən, özünü sevməyən, özünə hörmət etməyəndir.


Şərq qadını ərə gedənədək bakirə olub, ərə gedəndən sonra azad seks prinsipi ilə davranandır.

Şərq qadını susan və dözəndir.

Şərq qadını özünə qarşı şərdir!

Şərhlər