access_time Dərc olunub: 17:44
Qadınlarla rəftar qaydaları

Bu yazını qadınları tanıya bilməyən və daim mübahisə obyekti, subyekti olan kişilər üçün yazmışam. Qadının tiplərini bilməklə, onlarla rəftar qaydalarını müəyyən etmək olar.

Kişilər üçün bu yazı bir növ Davranış Məcəlləsi olmalıdır.Çünki yazı apardığım sorğunun və müşahidəmin, araşdırmanın nəticəsidir.

Ağıllı, savadlı, müasir və işgüzar qadın:

  • Salamlaşın, salamlaşmadan və özünü təqdim etmədən, ünsiyyətə başlamayın.
  • Aşağı səs tonunda danışın.
  • Gopa basmayın və özünüzü öyməyin.
  • Realist və konkret olun və vaxtınıza qənaət edin.
  • Davranışınızda etika qaydalarına əməl edin.
  • Girişməyin.
  • Ərk edib şit zarafat etməyin.
  • Özünüzü rol oynayan aktyorlar kimi uğursuz və süni aparmayın.
  • Bir sözü deməmişdən öncə yüz dəfə düşünün. Dediyiniz hər sözünüzün təhlil edildiyi, araşdırıldığı, müqayisə edildiyini unutmayın, bu sözlər sizin özünüzə qarşı istifadə edilən silaha çevrilə bilər.
  • Pul, vəzifə, sosial statusunuzla onu ələ almağa çalışmayın.
  • Hesabat tələb etməyin və çoxlu suallar verməyin.
  • Qadının sizin söz və hərəkət, jest və mimikanızı müşahidə edir, bunu unutmayın.
  • Yalanı gerçəkdən seçə bildiyini nəzərə alın. Doğrunu söyləyin, yalan danışmayın.
  • Boş vədlər verməyin. Sözünüzü əməllə təsdiqləyin.
  • Yaltaqlanmayın və onu avam, saf bilməyin, ondan istifadə etməyə çalışmayın.
  • Onun susmağını razılıq əlaməti kimi qəbul etməyin.
  • Çox danışmaqla onu yormayın və öz əleyhinizə ona faktlar verməyin.
  • Onu nədən və ya kimdənsə asılı edəcəyinizi düşünməyin.
  • Onu ayrılıqla hədələməyin.
  • Ondan borca pul istəməyin.
  • Əməkdaşlıq zamanı ciddi və məsuliyyətli olun.
  • Başqa yerdə onu nə yaxşılığa, nə də pisliyə doğru müzakirə edin.
  • Onu özünüzlə maraqlandırmaq istəyirsinizsə, ağıl, savad, işgüzarlığınızı gözə soxmayın, bunlar sizdə varsa, o hökmən görəcək.
  • Onu əlinizdən saxlayacağınıza, idarə edəcəyinizə, ona təsir edəcəyinizə ümid etməyin.
  • Siz onun üçün sıravi birisiniz. Heç nəyə görə digələrindən seçilmirsiniz və o sizi siləcək, heç nə itirməyəcək.

Oxsar xəbərlər

access_time 14:10 BİRİSİ OLSAYDI...

access_time 15:44 Nə biləydim, ADAMIM…

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort