access_time Dərc olunub: 10:30
Stalin yüzlərlə insanı bir-birinə belə yedirdib - Video

İnsanların aclıqdan bir-birini yediyi bir ada düşünün. Bu adada insanlar bir birinə yemək gözü ilə baxır.

Youtube paylaşım şəbəkəsinə yerləşdirilmiş videoda bu haqda danışılır.

Stalin xüsusi birliklər yaratmaq üçün 2 minə yaxın insanı Sibirə göndərməyi planlayır. Göndərdiyi bütün insanlar seçilmiş küçədə yaşayan, dilənən insanlar üstünlük təşkil edir. Planı həyata keçirən Stalin 25 min insanı Tomsk bölgəsinə yollayır. Bu insanların icərisindən də 6 min 200 insanı seçib, 800 kilometr uzaqlıqdakı Nazino adasına göndərir. Bu göndərilən insanlara nə yemək, nə içmək və normal həyat fəaliyyəti üçün vasitələr verilir. Sadəcə, yaşayışlarını təmin etmək üçün çuval-çuval un verilir. Amma bu unu bişirməyə, çəkməyə qab-qacaq verilmir.

İnsanlar hələ adaya çatmamış 27 insan həyatını itirir. Soyuq adada ilk gecədəcə 300 insan donaraq ölür. İnsanlar artıq aclıq hissini daha dəhşətli hiss edirlər. Buna görə adadan bir yol tapıb, çıxmağa çalışsalar da, ya soyuqdan ölürlər, ya da günahkar insanlar tərəfindən öldürülürlər. İnsanlar çox acınacaqlı vəziyyətdə olan zaman fürsətcil bir qrup unun qalan hssəsini adadan çıxararaq, başqa adaya aparırlar. Bir həftə keşməmiş insanlar arasında səfalət baş verir. Stalin isə insanları göndərməkdə davam edir. Yeni gələn insanlar isə aclıqdan ölən insanların tək qida qaynağı olur. Onlar adaya yeni gələn bir qızı ağaca bağlayaraq ayaqlarını, qollarını, sinəsini qopararaq yeməyə başlayıblar. Çünki insanlar ölümünə ac idilər. Bu hadisələrin tək səbəbi olan Stalin, həyata keçirdiyi pis planlarla tarixdə çox pis izlər qoyub.

Videonu təqdim edirik.

Şərhlər