access_time Dərc olunub: 21:34
Xaçmazda gizli at kəsimi- SAKİNLƏR NARAHATDIR - VİDEO

Xaçmazda su kanalına at başları, dəriləri və digər orqanlarını atıblar.


TİA.AZ  Xezerxeber.az-a itinadən məlumat verir ki, sakinlər son vaxtlar bu halın çoxalmasından və xəstəlik yayılması ehtimalından narahatdırlar.


Kiçik Baraxum kənd sakinləri deyirlər ki, at başları, dəriləri və daxili orqanları gecə saatlarında kanala atılır. Kanalın suyundan isə əkin sahələrinin və meyvə bağlarının suvarılmasında istifadə olunur. Su şirin olduğundan içmək üçün də yararlıdır.


Sakinlərin sözlərinə görə, kimlərsə atın başını bədənindən ayırıb, qalan yerlərini kisələrə dolduraraq kanala atırlar. Bu, hər gün təkrarlandığından kanalın bütün hissələrində eyni mənzərə hökm sürür.


Əraziyə baytar həkim ilə birgə baxış keçirilib. Ətrafda yaşayanlar xəstəliyin yayılmasından narahatdır.

Kənd icra nümayəndəsi Abdulla Didarov bildirdi ki, hadisə barədə rayon polis şöbəsinə məlumat verilib və hazırda fakt araşdırılır.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Şərhlər