backend

SOSİAL Azərbaycanda sevgilisindən doğduğu 15 günlük körpəni boğmaq istəyən anadan xəbər var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada sevgilisindən dünyaya gətirdiyi uşağı küçəyə atan qadından xəbər var. 

Adı və soyadı gizli saxlanılan 30 yaşlı qadın dünyaya gətirdiyi körpədən imtina etmək istədiyini söyləmişdi. O nikahdan kənar dünayaya gələn bu uşağa baxa bilməyəcəyini və ailəsinin bu hadisədən xəbər tutacağı təqdirdə onu öldürəcəyini demişdi.

AZXEBER.COM-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, uşaq sığınacağının rəhbəri Vasif Akifin sözlərinə görə, hazırda sözügədən məsələ ilə bağlı geniş araşdırma başlayıb və Quba rayon Polis Şöbəsi ilə əlaqə saxlanılıb:

“Biz artıq lazımi işləri görmüşük. Quba RPİ ilə apardığımız danışıqlardan sonra həmin körpə Bakıya gətirilib sığınacağımızda qalacaq. Uşağın anası da onunla birlikdə sığınacaqda yaşayacaqlar”.

 

V.Akifin sözlərinə görə, ana uşağın dünyaya gəlməsi ilə bağlı peşmançılıq hissi yaşasa da, daha sonra ondan imtina etmək istəmədiyini deyib: “Ana ilə apardığımız danışıqlardan sonra o uşağını atmaq istəmədiyini dedi. Biz də onların hər ikisini sığınacağımızda saxlayacağıq”.

 

Xatırladaq ki, bu gün sosial şəbəkələrdə yayılan məlumat bir çox insanı narahat etmişdi. Məlumata görə, 6 dekabr tarixində dünyaya gələn uşağın anası onu atıb. Belə ki, bir dəfə ailəli olan qadın boşandıqdan sonra Sumqayıt şəhərində yaşayan bir nəfərlə qeyri-rəsmi olaraq yaşayıb. Sözügedən münasibətdən dünyaya gələn uşaqla bağlı qadın öz valideynlərinə də məlumat verməyə qorxub. O dəfələrlə uşağı başqasına da satmaq istəsə də, buna imkan verilməyib.

Qubada yaşayan vətəndaşlardan biri ana ilə uşağa müvəqqəti kiçik sığınacaq verib.