access_time Dərc olunub: 15:41
Evoğlu kəndində səyyar qəbul-görüş

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Evoğlu kəndində oldu.


Qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Evoğlu kənd İƏD üzrə nümayəndə Elçin Mahmudov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.





 

Sonra vətəndaşların müraciətləri dinlənildi. Kənd ağsaqqalı Eldəniz Əliyev çıxış edərək əhaliyyə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi. Sakinlərdən Baxşeyiş Əliyev, Təvəkkül Məhərrəmov, Teyyub Əliyev, Şahin Hüseynov, Səttar Hüseynov, Bakir Hüseynov, Hakim Əliyev, Xasay Hüseynov suvarma arxlarının təmizlənməsi, telefon çəkilişi, işıq xətlərinin, subartezian quyularının təmiri ilə bağlı müraciət etdilər. Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verildi.


Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışdı, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Sakinlər əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Şərhlər