access_time Dərc olunub: 14:31
Ağcəbədidə “Kərbəla müsibəti” - “Su götürməyə qoymurlar ...”

Ağcabədi rayonun mərkəzi küçələrindən biri - 28 may küçəsi bir həftədən artıqdır ki, susuz qalıb. 

Bu barədə BakuPost.az-a sakinlər məlumat verib. Onların sözlərinə görə, həmin əraziyə gələn su borusunda nasazlıq yarandığından su verlişi dayandırılıb: "Artıq bir həftədir ki, susuz qalmışıq. Sakinlərin çoxu oruc tutur. Rayon rəhbərliyi isə bizə əsl İmam Hüseyn müsibəti yaşadır”.

Şikayətçilər bildirir ki, su borusunun bir həftədir ki, düzəldilməməsi sakinlərin borcu ilə əlaqələndirilir: "Deyirlər, guya, borcumuz var. Amma heç kimin borcu yoxdur. Sakinlər suya ödədikləri pulların qəbzi ilə Su-Kanal idarəsində olublar. Amma heç bir xeyri yoxdur. İdarənin müdiri Əli Əliyev heç bir şikayətə baxmır, heç nədən çəkinmir. Oğlu Aqil Əliyev şəhərin icra nümayəndəliyinin rəhbəridir. Ona görə də qorxusu yoxdur”.
 

Bildiriblər ki, sakinlərin yaxınlıqdakı bulaqdan qablarla su götürülməsinə də icazə verilmir: "Deyirlər ki, su götürəndə yola su axır. İcra başçısı da buradan keçəndə maşınının təkərləri batır”.
Qeyri-iş günü olduğundan məsələ ilə bağlı aidiyyəti qurumların fikrini oyrənmək mümkün olmadı.

Şərhlər