access_time Dərc olunub: 12:30
DYP-dən xəbərdarlıq: bu yollardan istifadə etməyin

Formula-1 Azərbaycan Qran-prisi yarışının keçirilməsi ilə bağlı paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkət istiqamətində sıxlıq yaşana bilər.


Bu barədə TİA.AZ-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. O, sıxlığın qarşısının alınması üçün sürücülərə alternativ yollardan istifadə etmələrini məsləhət görüb:


“Hazırda paytaxtın Azneft dairəsindən Dənizkənarı bulvar boyu Neftçilər prospektində avtomobillərin hərəkət intensivliyində sıxlıq yaranıb. Bununla bağlı olaraq yol polisi tövsiyə edir ki, Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yol ilə Yasamal istiqamətində, 20-ci sahə dairəsindən Dağüstü avtomobil yolu ilə Badamdar qəsəbəsi istiqamətində, Bakı Su Hovuzu yanından isə Bayıl qəsəbəsi istiqamətində hərəkət etsinlər.

Eyni zamanda, sürücülərə Bayraq meydanından və yaxud “Dalğa Plaza” kimi tanınan inzibati binanın yanından Mikayıl Hüseynov küçəsi ilə Bayıl qəsəbəsi daxili yolları ilə Teymur Elçin, Parlament prospekti istiqamətində hərəkət etməyi tövsiyə edirik.

Formula-1 yarışının başlanmasına çox az müddət qaldığı üçün işlər sürətlə aparılır. Bununla əlaqədar olaraq, Neftçilər prospekti boyunca Bakı şəhər halqasının idmançılara istifadəyə verilməsi ilə bağlı qoyulmuş maneələr həmin yolda daralmaya səbəb olur və avtomobillərin hərəkət tempinə təsir edir. Həmin ərazi üzrə hərəkət intensivliyində problem yaşandığından sürücülərimiz alternativ yollar üzrə hərəkət etsinlər”.

Şərhlər