access_time Dərc olunub: 13:52
Növbəti imtahanlar üçün 24 336 abituriyent qeydiyyatdan keçib

Yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün elektron ərizə qəbulu davam edir.


 Dövlət İmtahan Mərkəzindən TİA.AZ-a verilən xəbərə görə, elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 22-dək DİM-in saytının "Abituriyentin elektron ərizəsi” səhifəsində qeydiyyatdan keçməlidirlər.

Bundan əlavə, təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.


16 mart – 11 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər də (həm cari, həm də əvvəlki illərin məzunları) qeyd olunan tarixədək ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun Regional Bölmələrində yaradılmış SQK-da təsdiq etdirməklə) ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər.

İkinci qəbul imtahanında iştirak etmək, eləcə də təsdiq olunmuş elektron ərizələrində əlavələr etmək üçün abituriyentlər əvvəlki elektron ərizələrinə daxil olmalıdırlar.


Ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə DİM-in saytında şəxsi kabinet yaratdıqdan sonra "Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiq etməlidirlər. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituryentlər isə tələb olunan sənədlərlə birlikdə DİM və ya onun Regional Bölmələrinə müraciət etməlidirlər.

Məlumata görə, bu gün saat 13:00-dək yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün I-IV ixtisas qrupları üzrə 24 336 abituriyent (21 836-sı Azərbaycan, 2500-ü Rus bölməsi üzrə) qeydiyyatdan keçib. Onlardan 8 540-ı I, 7 252-si II, 6 689-u III, 1855-i isə IV ixtisas qruplarını seçib.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort