access_time Dərc olunub: 12:44
Bu bazar 20 min nəfər imtahan verəcək

Aprelin 9-da ali təhsil müəssisələrinin magistraturalarına, rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi və Azərbaycan dili (qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanları keçiriləcək.


Dövlət İmtahan Mərkəzindən TİA.AZ-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı Respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılacaq. İmtahanda iştirak etmək üçün 13081 bakalavr ərizə təqdim edib. Onlardan 11817 nəfəri Azərbaycan bölməsi, 1264 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 5640 nəfəri oğlan, 7431 nəfəri isə akalavrlardan 7281 nəfəri cari ilin, 5800 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 25 nəfər xarici ölkə vətəndaşıdır.

Rezidenturaya qəbul imtahanı Bakı şəhərində 2 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları, eləcə də 

Naxçıvan şəhərində 1 binada – Naxçıvan Dövlət Universitetinin Hüquq korpusunda keçirilir və imtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır.İmtahanda iştirak etmək üçün 1077 namizəd elektron ərizə doldurub və təsdiq edib. Onlardan 694 nəfəri qız, 383 nəfəri isə oğlanlardır. 925 namizəd Azərbaycan bölməsinin, 152 namizəd rus bölməsinin, 471 namizəd cari ilin, 606 namizəd isə əvvəlki illərin məzunudur.Bakı şəhərində 1027, Naxçıvan şəhərində isə 50 namizədin imtahan verməsi nəzərdə tutulur.


Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ümumilikdə 17 imtahan mərkəzində aparılacaq.

Bu imtahanda “Abituriyentin elektron ərizəsi” formasını 31 mart 23:59-dək təsdiqləmiş abituriyentlər iştirak edəcəklər. Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiq edən, eləcə də aprelin 9-da keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2017-ci il iyunun 11-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 6151 abituriyentdən 2991 nəfəri oğlan, 3160 nəfəri qızdır. 5814 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 337 nəfər isə əvvəlki illərin məzunlarıdır.

Şərhlər