access_time Dərc olunub: 16:21
İnsanlara at-eşşək əti yedizdirilir – EKSPERT

“Restoranlarda at-eşşək əti kabab şəkilində insanlara yedizdirilir”.

TİA.AZ xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda 5000 eşşəyin yoxa çıxmasına münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, bu ətlərdən həmçinin dönərxanalarda da istifadə edilməsi mümkündür:
“Bu gün at-eşşəklərin yoxa çıxması birmənalı şəkildə onun ətindən istifadəni sübut kimi ortaya qoyur.
Çox təəssüflər olsun, Baytarlıq İdarəsi eşşək ətinin satılmasının mümkün olması ilə bağlı elan verir. Amma istehlakçıların aldanmaması üçün onun üstünə eşşək ətinin olmasını qeyd etmək lazımdır”.

E.Hüseynov qeyd edib ki, bununla bağlı ən uğurlu işi ötən ilin aprel-may aylarında Daxili İşlər Nazirliyi həyata keçirib:
“Küllü miqdarda at-eşşək ətinin istifadəsi ilə bağlı cinayət işi qaldırdı. Düşünürəm ki, bu gün də at-eşşək əti insanlara yedizdirilir”.
Qeyd edək ki, Azərbaycanda 5000 eşşək yoxa çıxıb. İnsanlar bunun səbəbini eşşək ətinin dönərxanalara verilməsi və kabab şəkilində satılması ilə izah edib.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort