access_time Dərc olunub: 11:33
BAKIDA "TRANS GƏLİNCİK" SATILIR

Nəvəsinə oyuncaq gəlincik alan nənə və nəvə gördükləri mənzərədən şok olublar. 


Beləki, gəlinciyi soyunduran balacanın valideynləri gördükləri mənzərədən heyrətə düşüb. Onlar ilk dəfə transseksual gəlincik görüblər.

Bir neçə gün öncə Bakıda baş verən bu hadisə xeyli izləyici tərəfindən maraqla qarşılanıb. Valideynlər bu hadisəyə əvvəl gülsələr də sonradan əsəb keçirdiblər.

Mavi paltar geyindirilmiş zənci gəlinciyin üzü kosmetik vasitələrə boyanıb, qoluna qolbaq taxılıb, cinsi orqanı isə kişi cinsi orqanıdır. 

Uşaqlar həyatı oynayaraq öyrənirlər. Ancaq yenə də uşaqların oyun dünyasını zənginləşdirmək məqsədi ilə bir çox fərqli oyuncaqlar istehsal edilir. Son zamanlar satışda  hamilə  “Barbie” gəlincikləri, homoseksual  gəlinciklər peyda olub. Belə gəlinciklərin heç nədən xəbəri olmayan uşaqların  psixologiyasına mənfi təsiri şübhəsizdi.  


 Psixoloq Günel Aslanova isə TİA.AZ-a  bildirdi ki, bu kimi hallar uşaqlara infrmasiya aşılayır: "Gəlincik orijinaldırsa, ehtimal ki,  bu kimi hallara qarşı dözümlülüyü artırmaq məqsədilə ilə istehsal ediblər. Yəni, nə translar nə hamilələr  fantaziya məhsulu deyil. Real həyatda  mövcuddurlar. Bu kimi oyuncaqları olan uşaqların həmin mövzuda məlumatları artıq olacaq.  Balaca uşaq hamilə anasını görür. Homoseksual  gelincik ilə də erkən tanışlıq uşaqda informativliyi artıracaq, onlarla rastlaşanda qeyri-etik reaksiya verməyinin qarşısını alacaq. Qaldı ki,  mənfi təsirə... Bunu yəqin ki, bir neçə müddət sonra araşdırıb, öyrƏnmək mümkün olacaq".
 

Başqa bir psixolq Aynur Bünyatova isə bildirdi ki, xaricdə uşaqlara cinsi inkişaf və tərbiyə haqqında üsullar hər yaşa görə uygun örgədilir: " Məktəbəbqədər yaşlı uşaqlarda artıq  3 yaşdan sonra öz cinsinə və əks cinsə maraq oyanmağa  başlayır. Bu, həm özünü identifikasiya həm də ətraf mühit ilə tanışlıqdır.  Belə gəlinciklər hamısı uşaqlarda yanlış məlumat yaradır və bu körpə psixikasına  mənfi  təsir göstərir.  Bunlar hamısı milli şüur üzərində təsir ola biər. Məncə, müvafiq qurumlara bu haqda şikayət edilməlidir". 


NİLUFƏR

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort