access_time Dərc olunub: 12:04
Girovun ailəsinə verilən ev niyə geri alındı?

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülərək öldürülən Həsən Həsənovun ailəsinə verilən mənzilin geri alınması ilə bağlı məsələyə aydınlıq gətirib.


TİA.AZ xəbər verir ki, komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov AzVision.az-a bildirib ki, Həsən Həsənovun ailəsi onlara verilən mənzildən imtina edərək əvəzində Mehdiabad qəsəbəsində ev verilməsini tələb edib.

“Onlar həmin mənzildən qəti şəkildə imtina etdilər. Əvəzində Mehdiabad ərazisində ev istədilər. Orada boş mənzil yox idi. Hazırda Bakı və Bakı ətrafında mənzil tikintisi aparılmır.

Bundan öncə komitə tərəfindən məcburi köçkünlərə xəbərdarlıq edilmişdi ki, istifadəsiz, boş mənzillər onlardan geri alınacaq. Mənzilləri boş saxlamaq olmaz. Boş mənzillər sakinlərdən alınıb, ehtiyacı olanlara verilir. Bu məsələ komitə rəhbərliyinin gündəlik nəzarətindədir”.

Qeyd edək ki, Kəlbəcər girovlarının ailələrin Müşfiqabad qəsəbəsində salınmış yeni şəhərcikdən mənzillər verilmişdi.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort