access_time Dərc olunub: 11:00
JURNALİSTLƏR ÜÇÜN PULSUZ GÖZ MÜAYİNƏSİ

Bakıda media nümayəndələrin üçün 22 iyul – Milli Mətbuat Gününə həsr olunan “Gələcəyə sağlam baxış ” adlı aksiya keçiriləcək.


TİA.AZ Trendə istinadən xəbər verir ki, aksiya iyulun 21-də keçiriləcək.
Həmin gün media təmsilçiləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xidmətlərindən yararlana, gözlərini müayinə etdirə biləcəklər .
Gözlərini müayinə etdirmək istəyən media nümayəndələri iyulun 21-də səhər saat 9.00-dan 16.00-dək mərkəzə müraciət edə bilərlər.



Şərhlər