access_time Dərc olunub: 11:03
Rus ekspert Qarabağdakı son toqquşmaları şərh etdi

ATƏT-in Minsk Qrupu Qarabağ konfliktinin həllini tələb edir, amma tərəflər müharibəyə hazırlaşırlar.


TİA.AZ xəbər verir ki, bunu “Nyus.am” saytına açıqlamasında rusiyalı politoloq Aleksandr Xramçixin Qarabağdakı son hadisələri şərh edərkən söyləyib.


“Müharibə hələlik yoxdur. Müharibə olmadığı müddət ərzində tərəflər arasında bu cür toqquşmalar olacaq. Əgər tərəflərdən hansısa biri məğlubiyyətini elan etsə, yəni Qarabağdan könüllü əl çəksə, bu toqquşmalar dayanacaq. ATƏT-in Minsk Qrupu ölkələri tərəflərdən heç birinə sanksiya irəli sürməyəcək. ATƏT-in Minsk Qrupu Qarabağ konfliktinin həllini tələb edir, amma tərəflər müharibəyə hazırlaşırlar”, – deyə o bildirib.

Qeyd edək ki, son günlər Qarabağda cəbhənin təmas xəttində vəziyyət gərginləşib. Ermənistanın təxribatı nəticəsində bir əsgərimiz şəhid olub, 6 erməni əsgəri məhv edilib.

Şərhlər