access_time Dərc olunub: 14:15
"TRAMP YAXŞI STRATEQ VƏ BİZNESMENDİR"

Amerikanın oturuşmuş daxili və xarici siyasəti var. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu ölkə sabit siyasi kursu ilə seçilir.


Bu sözləri TİA.AZ-a ABŞ prezidenti Donald Trampın Barak Obamanın imzaladığı sazişlərin əksəriyyətindən imtina etməsi ilə bağlı sualı cavablandırarkən politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, bu amil ABŞ-ı Rusiyadan fərqləndirən xüsusiyyətlərdən biridir:

“Adətən Rusiyada tarixən hər dəfə hər yeni hakimiyyətə gələn şəxs ölkənin xarici siyasətini kardinal olaraq dəyişirdi. Trampın baxışları, onun atdığı addımlar onu göstərir ki, əgər Respublikaçılar partiyasının pressingi, ABŞ qanunverici orqanı olmasa, o tam olaraq müxtəlif istiqamətlərdə, həm daxili , həm də xarici siyasətində dəyişikliklər edər”.

Tramp Obamanın Kuba ilə yumşalmaya yönəlik imzaladığı qətnaməni də arxivə göndərdi. Gələn dəfə basqa prezident seçilsə, o da Trampın Kuba ilə bağlı bəyənmədiyi sənədi yenidən qüvvəyə mindirəcək?

Z.Məmmədov bildirdi ki, Kuba ilə bağlı Trampın Obamanın açılım siyasətini bir qədər geriyə qaytarmasının arxasında onun iqtisadi maraqları dayanır:

“Bu açılım siyasətinin ilk növbədə Kubanın özünə xeyri var idi. İndi geosiyasi baxımdan Kuba ABŞ üçün təhlükə mənbəyi deyil. Bütün bunları Tramp yaxşı başa düşür. Ona görə də iqtisadi dividentləri daha üstün tutaraq, Kubanı sıxışdıraraq, istədiklərini almaq istəyəcək.

Son Səudiyyə Ərəbistanı – Qətər hadisələri də göstərdi ki, Tramp ilk növbədə yaxşı strateq və biznesmendir”.


İlahə

Şərhlər