access_time Dərc olunub: 11:41
"Səbirli olun, Rusiya hələ son sözünü deməyib" - Abramov

Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı hələ son sözünü deməyib.


Bu sözləri Axar.az-a açıqlamasında İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib. Millət vəkili bildirib ki, ÜAK-la bağlı hələ bütün imkanlar tükənməyib, şans var:


“Bilirsiz, burada çox incə məsələlər var. Ən adi xırda bir səhv Rusiya və Azərbaycan münasibətlərinə ciddi ziyan vura bilər. Ona görə də bir az səbirli olmaq lazımdır. Hər şey hələ qabaqdadır. Apelyasiya imkanlarımız var. Rusiya Ali Məhkəməsinin kollegiyası da var. Eyni zamanda, Rusiya prezidentinin son sözü var, ona görə də tələsmək lazım deyil. Parlamentdə bu məsələ ilə bağlı mövqeyimi kifayət qədər bildirmişəm. ÜAK-ın bir az xırda səhvləri var idi. Ancaq bu, Azərbaycanın Rusiyadakı yeganə təşkilatının ləğvinə səbəb olmamalı idi. ÜAK-ın ləğvi Bakı-Moskva münasibətlərinə xələl verə bilər, çünki Rusiya Ali Məhkəməsinin qərarı Azərbaycanı arxadan vurmaqdır. Ancaq bu məsələ deməklə həll olunmayacaq. Ona görə də gözləmək lazımdır.

Yenə deyirəm, Rusiya hökuməti hələ son sözünü deməyib”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin iddiası əsasında Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort