access_time Dərc olunub: 09:25
Silsilə erməni təxribatları gözlənilir

İrəvan sonuncu təxribatla Bakını qıcıqlandırmaq və sabitliyi pozmaq niyyəti güdürdü.


Bu sözləri Axar.az-a Ermənistanın hava hücumundan müdafiə qüvvələrinə məxsus OSA zenit-raket kompleksinin Ordumuz tərəfindən məhv edilməsi barədə danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, erməni tərəfinin əsas məqsədi Azərbaycanı əks addıma sürükləmək və bundan məkrli məqsədlər üçün istifadə etməkdir:

“Burada bir məsələ var ki, Azərbaycan ötən ilin aprelində əldə etdiyi nailiyyətləri davam etdirmək üçün son vaxtlar cəbhədə erməni tərəfinin hərəkətlərinə nəzarət etmək imkanına malik qurğular yerləşdirib. Bu, cəbhədə hücum tipli silahları müəyyən etməyə və onları məhv etməyə imkan verir. Ermənilər isə bunu bilirlər və qəsdən bu cür silahları ara-sıra cəbhə xəttində yerləşdirməyə cəhd göstərirlər. Bununla da göstərmək istəyirlər ki, guya atəşkəs onlar tərəfindən pozulmur. İrəvan sonuncu təxribatla Bakını qıcıqlandırmaq və sabitliyi pozmaq niyyəti güdürdü. Çox güman ki, gələcəkdə də bu tipli təxribatlar baş verəcək. İrəvan hər vəchlə danışıqlar prosesini məhz bu insidentlər ətrafında qurmağa çalışır ki, Qarabağ məsələsinin həlli gündəmdən çıxsın. Yaxın vaxtlarda Ermənistanın mövqeyində dəyişiklik olmayacağından bu cür təxribatlar gözləniləndir. Çünki ermənilər çox yaxşı bilirlər ki, gec-tez işğal olunmuş torpaqları boşaltmalıdırlar”.


Qeyd edək ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus OSA zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort