access_time Dərc olunub: 19:17
Avropa Azərbaycanlıları Konqresindən bəyanat

Diasporla İş Üzrə Dövlət Komitəsinin TİA.AZ-a verdiyi məlumata görə Avropa Azərbaycanlıları Konqresi (AAK) təşkilatın təsisçilərindən biri olan Ümümrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılmasına dair yayılmış məlumatlarla bağlı verdiyi bəyanatda narahatlığını ifadə edib.


 Bəyanatda bildirilir ki, bu addım ümumi tarixə və mədəniyyətə malik olan Rusiya ilə Azərbaycanın əsrlərə söykənmiş dostluq münasibətlərinin möhkəmlənməsinə qarşı yönəlib.


ÜAK-n Rusiya-Azərbaycan dostluğunun rəmzi olmaqla yanaşı, eyni zamanda Rusiyadakı Azərbaycan diasporunu birləşdirən bir qurum olduğunu vurğulayan bəyanat müəllifləri bu təşkilatın sadəcə Azərbaycan diasporunun təşəbbüsü ilə yox, Rusiya və Azərbaycan prezidentlərinin razılığı əsasında, Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan Respublikasının (AR) Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin martında təsis olunduğu xatırladır.


AAK-ın bəyanatında daha sonra qeyd olunur ki, bu günlərdə RF Xarici İşlər Nazirliyinin saytında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə bağlı məqalə yerləşdirilib. Bəyanat müəllifləri məqalədə göstərilən çox sayda amildən bir neçəsinə diqqəti çəkərək bildirir: “İkitərəfli münasibətlərin prinsip və prioritetlərini müəyyən edən əsas sənədlər 1997-ci il iyulun 3-də imzalanmış RF və AR arasında dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında Müqavilə, 2008-ci il iyulun 3-də imzalanmış RF və AR arasında dostluq və strateji partnyorluq haqqında Bəyannamədir”.

Bəyanatda Azərbaycanla Rusiyanın bir çox mühüm beynəlxalq məsələlərdə mövqeyinin üst-üstə düşdüyü və hər iki ölkənin bir-birinə dəstək göstərdiyi vurğulanır. Bildirilir ki, bütün bunlardan çıxış edərək, Rusiya ilə Azərbaycanı birləşdirən bu qədər ortaq cəhətin olduğu halda, ÜAK-ın ləğvi məsələsindən söhbət gedə bilməz. Son 16 ildə ÜAK fəaliyyəti hər iki ölkənin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və hər zaman gördüyü nəcib işlərə görə təşəkkür məktubları alıb.

Avropa Azərbaycanlıları Konqresi hesab edir ki, bu ÜAK-la bağlı qərar qeyri-obyektivdir və probemin hər iki ölkənin maraqlarına uyğun şəkildə ədalətli həllinə, Rusiyadakı ən böyük ictimai təşkilatın fəaliyyətini davam etdirəcəyinə ümid edir..

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort