access_time Dərc olunub: 13:12
Gənclər Mərkəzinin sədri Sülh Platformasına qoşulub

Yunanıstan Azərbaycan Gənclər Mərkəzinin sədri (YAGM) İoannis Papaqriqoriou Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.


Ermənistan Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, İ. Papaqriqoriounun bununla bağlı yaydığı bəyanatda deyilir:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edirəm. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyətə dəstəyimi bildirirəm. Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığına görə dərin təəssüf hissi keçirirəm.

Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm. Yunanıstan Azərbaycan Gənclər Mərkəzinin heyəti və üzvləri adından Sizə təşkilatımızın Ermənistan-Azərbaycan Sülh Platforması dəstək olmasını sevinc hissi ilə elan edirəm. Bizim təşkilat tam olaraq Azərbaycanla Ermənistan arasında sülh və təhlükəsizliyin qurulmasında dəstək olacaq. Təşkilatımız adından işinizdə sizə uğurlar arzulayır və bundan sonra YAGM-ni Platformanın dostu və tərəfdarı hesab edirik”.

Şərhlər