access_time Dərc olunub: 16:42
İsrail səfiri FHN-də olub - FOTO

Dekabrın 29-da Fövqəladə Hallar Nazirliyində İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüş keçirilib.


TİA.AZ FHN-in saytına istinadən xəbər verir ki, görüşdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ölkədə fövqəladə halların idarə olunması sahəsində görülən işlərdən danışıb, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə İsrail Dövlətinin uyğun qurumları arasında yüksələn xətlə inkişaf edən əməkdaşlığın, qarşılıqlı səfərlərin əhəmiyyətindən ətraflı bəhs edib.

FHN-in əməkdaşlarının İsrail Dövləti Hökumətinin müraciəti əsasında və prezident İlham Əliyevin tapşırığına uyğun olaraq İsrailin Hayfa və Qüds şəhərləri ətrafında meşə yanğınlarının söndürülməsi əməliyyatlarında göstərdiyi peşəkarlığı yüksək qiymətləndirən səfir Dan Stav deyib ki, İsrail tərəfi Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

Görüşdən sonra xatirə şəkli çəkilib.

Şərhlər