access_time Dərc olunub: 13:10
RUSİYA QARABAĞ PROBLEMİNİN HƏLLİNİ NİYƏ LƏNGİDİR?


 Xəbər verdiyimiz kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə  görüşü zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək istədiyini  bəyan etmişdi. 


Görüş baş tutdu. TİA.AZ üçün görüşü şərh edən politoloq Şahin Cəfərliyə görə Rusiya və Türkiyə arasında bu mövzu ilə bağlı müzakirələr olmayıb:   “Putin-Ərdoğan görüşü barədə Azərbaycan ictimaiyyətində gözlənti yaranması və yaxud yaradılması yanlış idi. Bu gözlənti Türkiyə prezidenti Ərdoğanın açıqlaması əsasında yaranmışdı. Ərdoğan bildirmişdi ki, Putin istəsə, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq mümkündür və bu məsələni onunla müzakirə edəcək. İki saat on dəqiqə davam edən görüşdən sonra keçirilən mətbuat konfransında Qarabağın adı çəkilmədi. Bu məsələ qapalı danışıqlarda ya gündəmə gəlməyib, ya da ona ötəri toxunulub. Hesab edirəm ki, tərəflər bu məsələni müzakirə etsəydilər belə, heç nə dəyişməyəcəkdi. Çünki ötən illərdə Rusiya-Türkiyə dialoqunda zaman-zaman Qarabağ münaqişəsinə toxunulub, yəni Soçidə bu mövzuda müzakirə keçirilsəydi, bunu sensasiya kimi qiymətləndirmək doğru olmazdı. İstər Türkiyənin, istərsə də digər dövlətlərin rəhbərləri dəfələrlə münaqişə barədə mövqelərini bildiriblər, problemin həllinin zəruriliyini vurğulayıblar, lakin bu cür şifahi bəyanatların praktik təsiri olmayıb. Unutmaq olmaz ki, münaqişənin həlli ilə bağlı ayrıca beynəlxalq format var: ATƏT-in Minsk qrupu. Nizamlanma prosesi məhz bu format çərçivəsində aparılır, hansısa digər beynəlxalq qurum daxilində və ya ikitərəfli müstəvidə yox. Rusiyanın digər vasitəçilərdən – Fransa və ABŞ-dan xəbərsiz həll prosesini ikitərəfli əsasda başqa bir dövlətlə aparması mümkün deyil, xüsusən də bu dövlət Ermənistanın, yumşaq desək, soyuq baxdığı Türkiyədirsə. Üstəlik, Rusiya hazırda Minsk qrupu üçlüyü arasında qeyri-rəsmi olaraq lider statusundadır, ABŞ və Fransa bu dövlətin həll prosesindəki dominant rolunu qəbul etmiş görünür. Belə bir dominantlığa malik Rusiya bu rolunu niyə başqası ilə bölüşsün? Xüsusən də, söhbət hal-hazırda Suriya və digər məsələlərlə bağlı Rusiyadan asılılığı olan Türkiyədən gedirsə... Düşünürəm ki, Azərbaycan ictimaiyyətində Türkiyə ilə bağlı yüksək gözləntilərin olması doğru deyil. Realist və rasional düşünmək lazımdır. Türkiyə kifayət qədər ağır problemlərlə qarşı-qarşıya olan bir dövlətdir, Ankara üçün prioritet ilk növbədə öz problemlərinin həllidir və bu da əslində normaldır.” 

Digər bir politoloq, Elxan Şahinoğlu isə TİA.AZ-a bildirdi ki, hələki Rusiya problemin həllinin sürətləndirməkdə maraqlı deyil: “Ərdoğanla Putinin ortaq mətbuat konfransını izlədim. Qarabağdan bir kəlmə də danışmadılar. Hər şeydən danışdılar Qarabağdan başqa. Bu bir daha ondan xəbər verir ki, Kreml Azərbaycandan istədiyini almayınca münaqişənin həllini sürətləndirməkdə maraqlı deyil. Halbuki, Ərdoğan Soçiyə yollanmamışdan bir həftə əvvəl demişdi ki, Putinlə Qarabağı müzakirə edəcək və münaqişənin həlli Kreml sahibinin əlindədir. Əlində olmağına əlindədir, ancaq münaqişənin həllinə marağı yoxdur. Ona görə də Ərdoğan Putinlə gündəmin başqa mövzularını müzakirə edib - Suriya, "Türk axını", atom elektrik stansiyası, ticarət əlaqələri... “


NÜŞABƏ

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort