access_time Dərc olunub: 19:58
Qənirə Paşayeva AŞ PA-da İraq və Suriya Türkmənlərinə dəstək çağrışı edib

Millət vəkili Q.Paşayeva Strasburqda AŞPA-da İraq Türkmənlərinin,Suriya Türkmənlərinin ağlr vəziyyətindən danışıb və onlara dəstək çağrısı edib:

"Mən bir müddət öncə Türkiyənin İraq və Suriya sərhədində İŞID zülmündən qaçaraq canını zorla qurtarmış qaçqınlarla görüşdüm. İraq türkmənlərinin təmsilçiləri, İraq Türkman Cəbhəsi rəsmiləri İŞID-ın İraqda türkmənlərinin yaşadığı bölgələrdə etdikləri dəhşətverici cinayətlərdən bəhs etdilər və AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatlar və Avropa dövlətləri tərəfindən İŞID ilə mübarizə məsələsində onlara dəstək verilmədiyini söylədilər və sizə çağırış etdilər. Təqribən 20 gün öncə isə Türkiyənin Suriya ilə sərhədindəki vilayəti - Hataydakı qaçqın düşərgəsində Suriyadan qaçaraq Türkiyənin sərhəd bölgələrinə sığınan qaçqınlarla görüşdük. Suriyanın Türkməndağı və Bayırbucak bölgələrindən bura sığınan qaçqınlar da eyni şeyləri söyləyərək, İŞID ilə mübarizədə beynəlxalq təşkilatların, Avropa ölkələrinin fəal rol oynamamasından şikayət etdilər və sizdən daha çox dəstək gözlədikləri çağırışını burda onların adından səsləndirməyi xahiş etdilər. İŞID zülmündən əziyyət çəkən bütün bölgə xalqları və dövlətləri sizdən dəstək gözləyirlər. Həm İraq, həm də Suriyadan olan qaçqınlar həm İŞID -la mübarizədə, həm də qaçqınlara sahib çıxma məsələsində ən çox qonşu Türkiyənin dəstəyini hiss etdiklərini söylədilər və burdan Türkiyə dövlətinə və xalqına təşəkkür edirik". 
TİA.AZ

Şərhlər