access_time Dərc olunub: 15:16
Fələstində tarixi anlaşma

Fələstinin Həmas və Fətih (Fələstin Azadlıq Təşkilatı) hərəkatları arasında tarixi razılıq əldə olunub. 

"Qaynarinfo" xəbər verir ki, bu barədə Həmasın Siyasi Büro naziri İsmayıl Nəniyyə açıqlama verib.

İsmayıl Nəniyyənin mətbuat katibi Tahir en-Nunu yaydığı yazılı açıqlamada razılığın Qahirədə əldə olunduğunu bildirib: "İsmayıl Nəniyyə Həmas və Fətihin Misirin vasitəçiliyi ilə səhər saatlarında anlaşma əldə etdiyini elan edir".

Tahir en-Nunu məsələ ilə bağlı ətraflı açıqlama verməyib. Fələstindəki mənbələrin verdiyi məlumata görə, günorta saatlarında anlaşmanın detallarının açıqlanacağı mətbuat konfrasının keçirilməsi gözlənilir.

Qeyd edək ki, Misirin vasitəçiliyi ilə danışıqlar ötən həftənin çərşənbə günü başlamışdı. Qərbin dəstəkliyi Fətih Həmasla 2007-ci ildəki döyüşlərdə Qəza bölgəsinə nəzarəti itirmişdi. Həmas ötən ay Qəzzadakı İdarəetmə Komitəsinin ləğv olunduğunu, idarəçiliyin Fələstin Anlaşma Hökumətinin ələ almasına, seçkilərin keçirilməsinə və Fətihlə dialoqa getməyə hazır olduğunu açıqlamışdı.

TİA.AZ

Şərhlər